Yuxarı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı şəhər mərkəzindən köçürülə bilər

Onun binasının tamamilə Milli Müdafiə Nazirliyinə veriləcəyi gözlənilir

Bakı. 3 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı şəhər mərkəzindən köçürülə bilər. 

"Report"un "Doğan"a istinadən verdiyi məlumata görə, Baş Qərargahın Ankara şəhərinin Etimesgut rayonuna, Milli Kəşfiyyat Təşkilatının (MİT) inşası davam edən yeni binasına yaxın bir əraziyə daşınması daha çox gündəmdədir. Ancaq Türkiyə Konstitusiyasına dəyişiklik edilərək Baş Qərargah Prezident Administrasiyasının tabeliyinə verilərsə, Beştəpə civarına köçürülməsi gözlənilir. Belədə Baş Qərargahın indiki binası tamamilə Milli Müdafiə Nazirliyinə veriləcək. 

Qeyd edək ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə parlamentinin (TBMM) qarşısında Milli Müdafiə Nazirliyi ilə yanaşıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi