Türkiyə Silahlı Qüvvələrindən 540 hərbçi uzaqlaşdırılıb

Türkiyə Silahlı Qüvvələrindən 540 hərbçi uzaqlaşdırılıb Onlardan 368 nəfəri əsgərdir
Region
5 Oktyabr , 2016 20:18
Türkiyə Silahlı Qüvvələrindən 540 hərbçi uzaqlaşdırılıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrindən (TSK) 540 hərbçi müvəqqəti olaraq uzaqlaşdırılıb. 

"Report" NTV telekanalına istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Fikri İşık bununla bağlı əmr imzalayıb. 

Məlumata görə, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Dəniz Qoşunları Komandanlığından 113, Hava Qüvvələri Komandanlığından isə 427 nəfər sərəncama göndərilib. 

Onlardan 368 nəfərinin əsgər olduğu qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi