Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın iki əsas düşərgəsini məhv edib

Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın iki əsas düşərgəsini məhv edib Həmin bölgələrdən Türkiyəyə terrorçular, silah-sursat ötürülürmüş
Region
25 Aprel , 2017 11:31
Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın iki əsas düşərgəsini məhv edib

Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri İraqın Sincar dağı və Suriyanın şimal-şərqində havadan antiterror əməliyyatı keçirib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

İraqın şimalında yerləşən Sincar dağı və Suriyanın şimal-şərqindəki Karaçok dağında terrorçu PKK qruplaşmasının düşərgələri dağıdılıb.

Həmin bölgələrdən Türkiyəyə terrorçular, silah-sursat ötürülürmüş.

Məlumata görə, əməliyyat aprelin 25-də Bakı vaxtı ilə səhər sat 04:00-da başlayıb. 

Son xəbərlər

Orphus sistemi