Yuxarı
    Bağlamaq

    Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-in 18 silahlısını zərərsizləşdirib

    Suriyanın Suflaniyah və Kabr əl-Mukri bölgələrinin terrorçulardan təmizlənməsi istiqamətində döyüşlər davam edir

    Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı”) antiterror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 18 silahlısını məhv edib.

    “Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

    Xəbərdə bildirilib ki, havadan endirilən zərbələr nəticəsində terrorçuların 182 istehkamı və sığınacaq yeri dağıdılıb.

    Məlumata görə, əməliyyatın 149-cu günü Suriyanın Suflaniyah və Kabr əl-Mukri bölgələrinin terrorçulardan təmizlənməsi istiqamətində döyüşlər davam edir.

    Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi