Türkiyə Silahlı Qüvvələri: Qiyamçılar ən ağır şəkildə cəzalandırılacaq

Türkiyə Silahlı Qüvvələri: Qiyamçılar ən ağır şəkildə cəzalandırılacaq "Silahlı Qüvvələrin əsgərindən generalına qədər bütün şəxsi heyəti dövlətin və uca millətin əmrində vəzifəsinin başındadır"
Region
21 İyul , 2016 16:59
Türkiyə Silahlı Qüvvələri: Qiyamçılar ən ağır şəkildə cəzalandırılacaq

Bakı. 21 iyul. REPORT.AZ/ "Bu zülmü və rəzaləti Türkiyə dövlətinə, keçmişi şan və şərəflə dolu Türkiyə Silahlı Qüvvələrinə və nəcib millətimizə yaşadan alçaqlar ən ağır şəkildə cəzalandırılacaqlar".

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı yaydığı yazılı açıqlamada qeyd olunub. 

Məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin əsgərindən generalına qədər bütün şəxsi heyəti demokratik hüquq sistemi içərisində dövlətin və uca millətin əmrində vəzifəsinin başındadır. 

Son xəbərlər

Orphus sistemi