Türk ordusu PYD-nin Suriyadakı mövqelərinə zərbələri davam etdirir

Türk ordusu PYD-nin Suriyadakı mövqelərinə zərbələri davam etdirir Zərbələr əsasən Suriyanın Minniğ havalimanı ilə Ayndağne kəndinə endirir
Region
20 Fevral , 2016 04:07
Türk ordusu PYD-nin Suriyadakı mövqelərinə zərbələri davam etdirir

Bakı. 20 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri (TSK) terrorçu PKK təşkilatının Suriyadakı qolu kimin tanınan PYD-nin mövqelərinə artilleriya zərbələri endirməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zərbələr əsasən Suriyanın Hələb vilayətinin Azez qəsəbəsinin yaxınlığında yerləşən Minniğ havalimanı ilə Ayndağne kəndinə endirir.

Türkiyənin baş naziri Əhməd Davudoğlu bir neçə gün əvvəl bəyan edib ki, YPG dərhal Azez qəsəbəsinin ətrafını tərk etməli və bura bir daha yaxınlaşmamalıdır.

Son xəbərlər

Orphus sistemi