Yuxarı

Türkiyə Silahlı Qüvvələri Müdafiə Nazirliyinin tabeliyinə verilə bilər

İbrahim Kalın: Bu məsələ əsas müzakirə mövzularından biridir

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Müdafiə Nazirliyinin tabeliyinə verilə bilər.

“Report”un “CNN Türk”ə istinadən verdiyi məlumata görə, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bu məsələnin əsas müzakirə mövzularından biri olduğunu söyləyib.

O, Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisinin dövlət çevrilişinə cəhd göstərməsinə də münasibət bildirib: “Bunlar Türkiyə Silahlı Qüvvələrinin içərisinə sızmış Fətullahçı terror təşkilatının (FETÖ) üzvləridir. Ona görə həmin FETÖ-çularla Türkiyə Silahlı Qüvvələrini bir-birindən ayırmaq lazımdır. Həmin şəxslər vətənə xəyanət ediblər. Ancaq bunu tamamilə Türkiyə ordusuna şamil etmək yanlış olar. Türkiyə Silahlı Qüvvələrinin içərisində on minlərlə, yüz minlərlə vətənpərvər var”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi