Türkiyə Silahlı Qüvvələri BMT-nin "Fırat kalkanı" ilə bağlı açıqlamasına cavab verib

Türkiyə Silahlı Qüvvələri BMT-nin "Fırat kalkanı" ilə bağlı açıqlamasına cavab verib Türkiyə ordusu: "Bölgədə yaşayan mülki əhaliyə ziyan dəyməməsi üçün tədbirlər görülür"
Region
26 Avqust , 2016 19:06
Türkiyə Silahlı Qüvvələri BMT-nin Fırat kalkanı ilə bağlı açıqlamasına cavab verib

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri "Fırat kalkanı" əməliyyatını BMT konvesiyasının 51-ci maddəsinə uyğun həyata keçirib.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bu açıqlamanı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Baş Qərargah bildirib ki, əməliyyat 51-ci maddədə nəzərdə tutlan özünümüdafiə haqqı çərçivəsində keçirilir: "Əməliyyat BMT-nin İŞİD-ə qarşı mübarizə haqqında qəbul etdiyi qərarlar çərçivəsində davam edir. Suiyanın şimalından ölkəmizin sərhədində təhlüksizliklə bağlı risqlər mövcuddur. Türkiyə Silahlı Qüvvələri terrorçuluğa qarşı mübarizədə koalisiya qüvvələrinə dəstək verir. Bölgədə yaşayan mülki əhaliyə ziyan dəyməməsi üçün bütün tədbirlər görülür".

Qeyd edək ki, ötən gün BMT Suriyanın ərazi bütövlüyünü dəstələyn və Türkiyənin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə başlanılan "Fırat kalkanı" əməliyyatının qanunsuz olduğu barədə bəyanat yayıb.

Son xəbərlər

Orphus sistemi