Yuxarı
    Bağlamaq

    Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İrana səfər edəcək

    Məhəmmədhüseyn Baqiri Ankarada başladıqları müzakirələri Tehranda davam etdirəcəklərini söyləyib

    Bakı. 21 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar yaxın zamanlarda Tehrana səfər edəcək.

    “Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmmədhüseyn Baqiri avqustun 21-də Tehranda Türkiyəyə səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, türkiyəli həmkarı çox yaxın zamanda İrana səfər edəcək.

    M.Baqiri Ankarada başladıqları müzakirələri Tehranda davam etdirəcəklərini söyləyib.

    Qeyd edək ki, o, Türkiyədə keçirdiyi görüşlərdə terrorçuluğa qarşı mübarizə, bölgədəki vəziyyət, qarşılıqlı müdafiə istiqamətində əlaqələr və sərhəd bölgələrində əməkdaşlığa dair məsələləri müzakirə edib.

    Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da İrana səfəri gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi