Yuxarı
    Bağlamaq

    ​Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi koalisiya qüvvələrinin toplantısına qatılacaq

    Bu, 8-ci toplantıdır

    Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar koalisiya qüvvələri qərargah rəhbərlərinin toplantısında iştirak etmək üçün Küveyt və Qətərə səfər edib.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Bu, 8-ci toplantıdır. Toplantıda Suriya və İraqdakı vəziyyət müzakirə ediləcək.

    Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən terrorla bağlı başsağlığı mesajında Hulusi Akar bunları bildirmişdi: "Ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Bu sayaq hadisələr bizi müqəddəs vəzifəmizi yerinə yetirməkdən döndərə bilməz".

    Xatırladaq ki, həmin terror nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər yaralanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi