Türkiyə Səudiyyə Ərəbistanından Həcc ziyarəti üçün 40 min əlavə kvota istəyib

Türkiyə Səudiyyə Ərəbistanından Həcc ziyarəti üçün 40 min əlavə kvota istəyib Mehmet Görməz: "1 milyon 750 min müraciət var"
Region
5 Mart , 2016 16:18
Türkiyə Səudiyyə Ərəbistanından Həcc ziyarəti üçün 40 min əlavə kvota istəyib

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyənin Dini İşlər İdarəsi Səudiyyə Ərəbistanından 40 min əlavə həcc kvotası istəyib.

"Report" Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu barədə Türkiyənin idarə sədri Mehmet Görməz bildirib.

O deyib ki, hazırda bu məsələylə bağlı danışıqlar davam edir və Türkiyə tərəfi tələblərinin müsbət qarşılanacağına ümid edir: "Səudiyyə Ərəbistanının tələbimizə mübət cavab verəcəyinə ümüd etsək də, veriləcək əlavə kvotanın çox cüzi olacağını düşünürük".

2016-cı ildə Türkiyədən Həcc ziyarətinə gedəcək olanların artıq püşkatma yolu ilə müəyyənləşdirildiyini xatırladan M.Görməz püşkatmadan sonra Dini İşlər İdarəsinə məsələylə bağlı müraciət edənlərin çoxluğu səbəbindən telefonlarının bağlandığını bildirib.

M.Görməz illərdir Həcc ziyarətinə getmək istəyənlərin üzüntüdən ağladıqlarını da deyib: "1 milyon 750 min müraciət var. Bunların 500 mini 8-9 ildir ki, Həcc ziyarətinə qatıla bilmək üçün müraciət edirlər. Püşkatma zamanı ziyarət üçün ilk dəfə müraciət edən insan adını bir dəfə, 5-ci dəfə müraciət edənlər isə 25 dəfə çəkə bilər".

Qeyd edək ki, bu il Türkiyədən Həcc ziyarətinə 59 200 insan gedəcək.

Son xəbərlər

Orphus sistemi