Yuxarı

​Türkiyə sərnişin təyyarəsi Varşava aeroportuna məcburi eniş edib

Buna səbəb təyyarədə şübhəli əşyanın olması haqqında məlumatın yayılmasıdır

Bakı. 30 iyul. REPORT.AZ/ "Türk Hava Yolları"na (THY) məxsus təyyarə Varşavanın Frederik Şopen adına Beynəlxalq Hava Limanına məcburi eniş edib, sərnişinlər təcili surətdə aeroport binasına təxliyə edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Frederik Şopen adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin rəhbəri Pşemıslav Pşıbılski məlumat verib.

"Aeroport əməkdaşları 360 nəfəri təxliyə edib. Bütün sərnişinlər artıq hava limanının binasındadır. Hazırda təyyarədə yoxlamalar aparılır", - P.Pşıbılski deyib.

Qeyd edək ki, İstanbul-San-Fransisko reysini həyata keçirən Türkiyəyə məxsus təyyarə Polşa paytaxtına məcburi eniş edib. Yerli KİV-lər buna səbəb kimi təyyarədə şübhəli əşyanın olması haqqında məlumatın yayılmasını qeyd ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi