Türkiyə səfiri İsveç XİN-ə çağırılıb

Türkiyə səfiri İsveç XİN-ə çağırılıb Bu hadisə Türkiyənin İsveç və Avropa İttifaqı ilə əlaqələrinə təsir edə bilər
Region
25 Avqust , 2017 19:35
Türkiyə səfiri İsveç XİN-ə çağırılıb

Bakı. 25 avqust. REPORT.AZ/ Türkiyənin Stokholmdakı səfiri Kaya Türkmen İsveçin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Marqot Vallstrem “Facebook” səhifəsində yazıb.

XİN-də səfirdən Türkiyədə İsveçin iki vətəndaşının - yazıçı-jurnalist Həmzə Yalçın və ictimai fəal Ali Qaravinin həbsi ilə bağlı izahat tələb edilib.

Nazirin sözlərinə görə, bu hadisə Türkiyənin İsveç və Avropa İttifaqı ilə əlaqələrinə mənfi təsir edə bilər.

Məlumatda bildirilib ki, ikili vətəndaşlığı olan Həmzə Yalçın avqustun 3-də Türkiyə hökumətinin istəyi ilə terrorçuluq fəaliyyətində şübhəli bilinərək İspaniyada, Ali Qaravi isə casusluqda ittiham olunaraq iyul ayında Böyükadada tutulub.

Son xəbərlər

Orphus sistemi