Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb Səfirə rəsmi Tehranın "sərt" etirazı çatdırılıb
Region
21 Oktyabr , 2016 16:28
Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Türkiyənin Tehrandakı səfiri Rıza Hakan İran Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, səfirə rəsmi Tehranın "sərt" etirazı çatdırılıb.

İran televiziyasının yaydığı məlumata görə, bölgədə baş verən bəzi məsələlərlə bağlı Türkiyə rəsmilərinin ifadələrinin gerçəkliyi əks etdirmədiyi səfirin diqqətinə çatdırılıb. 

Qeyd edək ki, ötən gün Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş jurnalistlərə açıqlamasında İraqdakı vəziyyətin gərginləşməsində Tehranı suçlayıb: "Buradakı gərginliyin əsas səbəbkarı ABŞ-la yaxınlaşan və İraqdakı vəziyyətdə özünü göstərən İrandır. İraqdakı şiə dostlarımız ilə əlaqələrimiz Türkiyə tərəfindən pozulmayıb".

Son xəbərlər

Orphus sistemi