Türkiyə səfiri ABŞ-ın kürdlərə silah göndərmək qərarını səhv adlandırıb

Türkiyə səfiri ABŞ-ın kürdlərə silah göndərmək qərarını səhv adlandırıb "Açıq desək, bu strateji səhvdir"
Region
22 May , 2017 22:58
Türkiyə səfiri ABŞ-ın kürdlərə silah göndərmək qərarını səhv adlandırıb

Bakı. 22 may. REPORT.AZ/ Vaşinqtonun Suriya kürdlərinə silah tədarükünə başlamaq barədə qərarı strateji səhvdir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Sərdar Kılıç deyib.

Onun sözlərinə görə, amerikalı tərəfdaşlar bunu "taktiki qərar" və "qısa müddətli aksiya" adlandırırlar.

"Lakin, açıq desək, bu, strateji səhvdir", — deyə o hər il keçirilən Amerika-Türkiyə münasibətləri üzrə konfransda çıxışı zamanı bildirib.

Son xəbərlər

Orphus sistemi