​Türkiyə sahillərində 113 qaçqın saxlanılıb

​Türkiyə sahillərində 113 qaçqın saxlanılıb Əksəriyyəti uşaq olan qaçqınlar Suriya, Hindistan vətəndaşları və Çinin Tibet bölgəsinin sakinləridir
Region
30 Noyabr , 2015 10:41
​Türkiyə sahillərində 113 qaçqın saxlanılıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyənin Balıkesir əyalətinin Ayvalık rayonunda qaçaq yolla Yunanıstanın Midilli adasına keçmək istəyən 113 şəxs saxlanılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, həmin şəxslər Ayvalıkın Maden adasından qayıqla Midilliyə gedərkən Türkiyənin yerli sahil mühafizə xidməti əməkdaşları tərəfindən saxlanılıblar. Səhhətlərində problemlər olan qaçqınlar dövlət xəstəxanasına yerləşdiriliblər.

Xəbərdə bildirilib ki, əksəriyyəti uşaq olan qaçqınlar Suriya, Hindistan vətəndaşları və Çinin Tibet bölgəsinin sakinləridir. 

Son xəbərlər

Orphus sistemi