Yuxarı

​Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

Rəsmi Ankara Qərbin Moskvaya qarşı sanksiyalarına qoşula bilər

Bakı. 7 dekabr. REPORT.AZ/ "Moskvanın böhran yaradan davranışına qarşı Türkiyə də beynəlxalq hüquqa əsaslanaraq Rusiya qarşı lazımi addımları atacaq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Mustafa Elitaş bildirib.

Onun sözlərinə görə, baş nazir Əhməd Davudoğlu bununla bağlı təlimat verib: "Baş nazirin müavini Mehmet Şimşəyin sədrliyi ilə Rusiyaya ixracatın, oradan idxalatın iqtisadiyyatımıza təsirinə dair bütün ssenariləri dəyərləndirdik. Müxtəlif alternativlər təqdim edilib və biz onları nəzərdən keçiririk.

Boğazlardan keçən Rusiya gəmilərinə nəzarət edilməsi, Qərbin Kremlə tətbiq etdiyi sanksiyalara Türkiyənin qoşulması, rusiyalı iş adamlarına yönəlik tədbirlərin görülməsi nəzərdə tutulub. Rusiyalı turistlərə ucuz turpaketlərin verilməməsi, Akkuyu Atom Elektrik Stansiyası layihəsinin dayandırılıması kimi addımlar da atıla bilər".

Türkiyənin Rusiyaya tətbiq etməyi nəzərdən keçirdiyi sanksiyalar layihəsinə aşağıdakılar daxildir:

- Hökumət təmsilçiləri Rusiya gömrüklərində saxlanılan və geri qaytarılan meyvə-tərəvəz məhsullarının türkiyəli ixracatçıları ilə görüşərək həmin malları qiymətləndirəcəklər;

- Türkiyə hökuməti yerli toxuculuq, hazır geyim, elektrik avadanlığı, kimyəvi mallar istehsal edən və onun ixracı ilə məşğul olanların zərər görməməsi üçün məhsulların başqa bazarlara yönəldilməsinə yardım edəcək;

- Rusiyadan idxal edilən təbii qaza alternativ mənbələr axtarılacaq, ehtiyac yaranarsa, razılaşma yenilənəcək;

- Rusiyanın Türkiyədən tranzit yolu olaraq istifadə etdiyi marşrutların sayı azaldılacaq. Türkiyə ərazisindən keçən Rusiya TIR-larının içi bir-bir yoxlanılacaq;

- Rusiyada istehsal edilib Türkiyəyə ixrac olunan bütün mallar nəzarətə alınacaq və yoxlamadan keçiriləcək.

Planda Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının tikintisində Rusiyaya alternativ axtarılması, rusiyalı turistlər üçün nəzərdə tutulan ucuz turpaketlərin ləğv edilməsi, bu yöndə başqa ölkələrdə kampaniyaların keçirilməsi nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi