Yuxarı

Türkiyə Rusiyaya nota verib

Rəsmi Ankara: Əks halda baş verə biləcək arzu edilməyən bütün hadisələrin məsuliyyətini Rusiya daşıyacaq

Bakı. 5 oktyabr. REPORT.AZ/ Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, Rusiyanın qırıcıları Türkiyənin hava sərhədini pozub və səfirin XİN-ə çağırılması da bununla bağlıdır.

Nazirlikdən bildirilib ki, Rusiyanın səfiri Türkiyə XİN-ə çağırılaraq, bu sayaq əməllərin bir daha təkrarlanmaması üçün tədrbilərin görülməsi tələb edilib: "Əks halda baş verə biləcək arzu edilməyən bütün hadisələrin məsuliyyətini Rusiya daşıyacaq".

Məlumata görə, Rusiyanın hərbi təyyarəsi Türkiyənin Hatay əyalətinin Yayladağı bölgəsinin cənubunda hava sərhədini pozub.

Türkiyənin xairici işlər naziri Feridun Sinirlioğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında baş verən hadisəni onun nəzərinə çatdırıb və Rusiya tərəfindən belə halların təkrar olunmamasını tələb edib. 

Türkiyənin XİN başçısı hadisə ilə bağlı ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və İtaliyadan olan həmkarlarını, habelə NATO-nun baş katibi Yens Stoltenberqi də məlumatlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi