Yuxarı
    Bağlamaq

    Türkiyə Rusiyanı ölkənin hava məkanını pozmaqda ittiham edib

    Rusiyanın Türkiyədəki səfirinə sərt etiraz bildirilib

    Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyə Rusiyaya məxsus “Su-24” təyyarəsinin yanvarın 29-da ölkənin hava məkanını pozmaqda ittiham edib.

    “Report” xəbər verir ki, bu bəyanatla şənbə günü Türkiyənin Xarici İşlər Nazirliyi çıxış edib.

    "Ötən gün (29 yanvar 2016-cı il) Rusiya Kosmik Hava Qüvvələrinə məxsus bir “Su-34” təyyarəsi Türkiyənin hava məkanını pozub. Bundan öncə Türkiyənin radiolokasiya stansiyaları rus və ingilis dillərində Rusiya təyyarəsinə dəfələrlə xəbərdarlıq edib", - deyə XİN-in məlumatında bildirilir.

    İdarə qeyd edib ki, yanvarın 29-u axşam Rusiyanın bu ölkədəki səfiri nazirliyə dəvət olunub, ona sərt etiraz bildirilib və bu hərəkət pislənib. Lakin bəyanatda hava məkanının konkret olaraq hansı ərazidə pozulduğu ayrıca qeyd olunmur.

    Rusiyanın Ankaradakı səfirliyinin mətbuat attaşesi İqor Mityakov TASS-a görüşün keçirilməsi faktını təsdiqləyib.
    "Təsdiq edirik ki, belə bir görüş olub. Onun mahiyyətini açıqlamırıq", - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi