Yuxarı

​Türkiyə Rusiya və İranla İŞİD-ə qarşı mübarizə aparmaqdan imtina edib

Ərdoğan: Mən Putinə dedim ki, qanuniliyini tanımadığım rejim rəhbəri ilə yanaşı otura bilmərəm

Bakı. 26 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada hakimiyyətdə Bəşər Əsəd prezident olduğu müddətcə "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı mübarizədə Rusiya, İran və İraq koalisiyası ilə birgə əməkdaşlıqdan imtina edib.

"Report" xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalına istinadən RİA "Novosti" məlumat yayıb.

"Rusiya, İran, İraq və Suriya İŞİD-ə qarşı mübarizə aparmaq üçün koalisiya yaradanda bizi də ora daxil olmağa dəvət etdilər. Lakin Türkiyə imtina etdi, mən Rusiya prezidenti Vladimir Putinə dedim ki, qanuniliyini tanımadığım rejim rəhbəri ilə (Bəşər Əsəd) yanaşı otura bilmərəm", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi