Türkiyə Rusiya ilə ticarətdəki itkiləri Azərbaycan və Qazaxıstan hesabına aradan qaldıracaq

Türkiyə Rusiya ilə ticarətdəki itkiləri Azərbaycan və Qazaxıstan hesabına aradan qaldıracaq Türkiyənin İqtisadiyyat Nazirliyi bununla bağlı "yol xəritəsi" hazırlayıb
Region
8 Yanvar , 2016 11:58
Türkiyə Rusiya ilə ticarətdəki itkiləri Azərbaycan və Qazaxıstan hesabına aradan qaldıracaq

Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyə Azərbaycan və Qazaxıstanla fərqli ticarət müqaviləsi imzalayacaq.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin İqtisadiyyat Nazirliyi bununla bağlı "yol xəritəsi" hazırlayıb.

Məlumata əsasən, nazirlik Rusiya ilə ticarətdəki itkilərin yerini "Pereferensial (Üstünlük verilən) ticarət və sərbəst ticarət anlaşmaları" əsasında Azərbaycan və Qazaxıstanla ticarətin həcmini artırmaqla doldurmağı nəzərdə tutub.

Xəbərə görə, bu anlaşma 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, "Pereferensial və Sərbəst Ticarət" anlaşmalarında gömrük rüsumlarının endirilməsinə, kənd təsərrüfatı kimi sahələrə sərmayə qoyuluşunun artırılmasına üstünlük verilir. 

Son xəbərlər

Orphus sistemi