Türkiyə, Rusiya, Fransa və Almaniya liderləri Suriyanın ərazi bütövlüyünə bağlılıqlarını təsdiq ediblər - YENİLƏNİB

Türkiyə, Rusiya, Fransa və Almaniya liderləri Suriyanın ərazi bütövlüyünə bağlılıqlarını təsdiq ediblər - YENİLƏNİB Bakı. 28 oktyabr. REPORT.AZ/ Türkiyə, Rusiya, Fransa və Almaniya liderləri Suriyanın ərazi bütövlüyünə bağlılıqlarını təsdiq ediblər.
Region
28 Oktyabr , 2018 00:10
Türkiyə, Rusiya, Fransa və Almaniya liderləri Suriyanın ərazi bütövlüyünə bağlılıqlarını təsdiq ediblər - YENİLƏNİB

Bakı. 28 oktyabr. REPORT.AZ/ Türkiyə, Rusiya, Fransa və Almaniya liderləri Suriyanın ərazi bütövlüyünə bağlılıqlarını təsdiq ediblər.

“Report” xəbər verir ki, bu, Türkiyənin İstanbul şəhərində keçirilən dördtərəfli sammitin yekun kommünikesində qeyd olunub.

"Onlar Suriyanın suverenliyi, müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünə möhkəm bağlılıqlarını təsdiq ediblər", — deyə Almaniya hökuməti tərəfindən yayılan sənəddə bildirilir.

Bundan əlavə, liderlər əmin olduqlarını vurğulayırblar ki, münaqişənin hərbi həlli mümkün deyil.

Onların fikrincə, o, yalnız BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun siyasi proses çərçivəsində danışıqlar yolu ilə nizamlana bilər.


***18:49

Bakı. 27 oktyabr. REPORT.AZ/ İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin Suriyadakı münaqişə ilə bağlı keçirilən sammit başa çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş bir saat davam edib.

Sammit İstanbulun Asiya hissəsində, Osmanlı imperiyasının sonuncu sultanı VI Mehmet Vahiyəddinə məxsus malikanədə keçirilib.

Son xəbərlər

Orphus sistemi