​Türkiyə rəsmisi: "İsraillə danışıqların son mərhələsindəyik"

​Türkiyə rəsmisi: "İsraillə danışıqların son mərhələsindəyik" İbrahim Kalın: "Yaxın zamanlarda daha bir görüşün olacağı planlaşdırılır"
Region
25 Aprel , 2016 13:20
​Türkiyə rəsmisi: İsraillə danışıqların son mərhələsindəyik

Bakı. 25 aprel. REPORT.AZ/ "İsraillə bir müddətdir davam edən danışıqların son mərhələsindəyik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın aprelin 25-də keçirdiyi həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda daha bir görüşün keçirilməsi planlaşdırılır: "Fələstin torpaqlarında, o cümlədən Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində addım atılacağını gözləyirik".

Qeyd edək ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri hücum etmişdi. Həmin əməliyyat nəticəsində Türkiyənin 9 dinc vətəndaşı öldürülmüşdü. Həmin tarixdən iki ölkə arasında münasibətlər pozulub. 

Son xəbərlər

Orphus sistemi