​Türkiyə Raketdən Müdafiə Sistemini NATO sisteminə uyğunlaşdırır

​Türkiyə Raketdən Müdafiə Sistemini NATO sisteminə uyğunlaşdırır Ölkənin Çindən 3,4 milyard dollarlıq yeni RMS alması ilə bağlı müqavilə imzalanacağı ehtimalına dair xəbər yayılmışdı
Region
23 Fevral , 2015 20:51
​Türkiyə Raketdən Müdafiə Sistemini NATO sisteminə uyğunlaşdırır

Bakı.23 fevral. REPORT.AZ/ Türkiyənin Raketdən Müdafiə Sistemi (RMS) NATO-ya üzv dövlətlərin qəbul etdiyi sistemə uyğunlaşdırılacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Xəbərə əsasən, ötən həftə Türkiyənin müdafiə naziri İsmət Yılmaz bildirmişdi ki, ölkənin Raketdən Müdafiə Sisteminin NATO ilə interqrasiya edilməsi planlaşdırılmır.

Ondan əvvəl isə Türkiyəninin Çindən 3,4 milyard dollarlıq yeni RMS alması ilə bağlı müqavilə imzalanacağı ehtimalına dair xəbər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi