Yuxarı

Türkiyə qırıcıları PKK-nı bombalamağa davam edir

Bombalanan yerlər arasında terrorçuların sığınacaqları, ərzaq və silah anbarları var

Bakı. 24 sentyabr. REPORT.AZ/ Türkiyədə PKK terror təşkilatına qarşı hərbi əməliyyatlar davam edir.

“Report”-un “Milliyet” qəzetinə istinadən verdiyi xəbərinə görə, onlarla hərbi təyyarə PKK-nın Hakkari vilayəti ərazisindəki mövqelərinə havadan zərbə endirib.

Dağlıca rayonunda bombalanan yerlər arasında terrorçuların sığınacaqları, ərzaq və silah anbarları, mağaralar var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi