Türkiyə qırıcıları İraqın şimalında terrorçu PKK-nın hədəflərini məhv edib

Türkiyə qırıcıları İraqın şimalında terrorçu PKK-nın hədəflərini məhv edib Döyüş tapşırığını uğurla icra edən təyyarələr hərbi bazalarına qayıdıb
Region
28 Noyabr , 2016 11:31
Türkiyə qırıcıları İraqın şimalında terrorçu PKK-nın hədəflərini məhv edib

Bakı. 28 noyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarələr İraqın şimalındakı Avaşin-Basyan və Kandil bölgələrində terrorçu PKK qruplaşmasının 12 hədəfini havadan endirdikləri zərbələrlə məhv edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

İnformasiyaya görə, döyüş tapşırığını uğurla icra edən təyyarələr hərbi bazalarına qayıdıb. 

Son xəbərlər

Orphus sistemi