​Türkiyə prezidentliyinə keçmiş namizəd parlament seçkilərində müxalifəti təmsil edəcək

​Türkiyə prezidentliyinə keçmiş namizəd parlament seçkilərində müxalifəti təmsil edəcək Ekmələddin İhsanoğlu ötən il keçirilən prezident seçkisində müxalifətin vahid namizədi olub
Region
7 Aprel , 2015 10:58
​Türkiyə prezidentliyinə keçmiş namizəd parlament seçkilərində müxalifəti təmsil edəcək

Bakı. 4 aprel. REPORT.AZ/ Türkiyə prezidentliyinə keçmiş namizəd Ekmələddin İhsanoğlunun millət vəkilliyinə namizədliyi müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən irəli sürülüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i xəbər yayıb.

Bu gün Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli millət vəkilliyinə namizədlərin siyahısını Mərkəzi Seçki Komissyasına təqdim edəcək.

Xatırladaq ki, Ekmələddin İhsanoğlu ötən il keçirilən prezident seçkisinə müxalifətin vahid namizədi kimi qatılıb. O, uzun müddət İslam Əməkdaşlıq Təşkilatının baş katibi olub.

Son xəbərlər

Orphus sistemi