​Türkiyə prezidentinin təmsilçisi: "Rusiya ilə münasibətləri normallaşdırmağa hazırıq"

​Türkiyə prezidentinin təmsilçisi: "Rusiya ilə münasibətləri normallaşdırmağa hazırıq" "Müəyyən səviyyələrdə görüşlər olur"
Region
25 Aprel , 2016 13:50
​Türkiyə prezidentinin təmsilçisi: Rusiya ilə münasibətləri normallaşdırmağa hazırıq

Bakı. 25 aprel. REPORT.AZ/ "Türkiyə Rusiya ilə münasibətləri normallaşdırmağa hazırdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın aprelin 25-də keçirdiyi mətbuat üçün həftləlik açıqlamasında bildirib.

"Biz keçən il noyabrın 24-də baş verən olaydan sonra da Rusiyanı problemin diplomatik yolla həllinə çağrımaqdayıq. Təklifimiz hələ də qüvvədədir. Təəssüf ki, bizim təklifimizi Rusiya tərəfi əsassız iddialarla qarşılayır. Müəyyən səviyyələrdə görüşlər olur. Bu danışıq və görüşlərin instensivləşəcəyinə ümid edirik. Türkiyə ilə Rusiya arasındakı möhkəm və inkişafda olan münasibəti bir olaya qurban etmək yolverilməzdir", - deyə İbarahim Kalın bildirib.

Qeyd edək ki, 2015-ci il noyabrın 24-də Rusiyanın "Su-24" döyüş təyyarəsi Suriya-Türkiyə sərhədini pozduğu üçün Türkiyənin hava məkanında vurulub. Həmin hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. 

Son xəbərlər

Orphus sistemi