​Türkiyə prezidentinin oğlu İŞİD-lə bağlı iddialara münasibət bildirib

​Türkiyə prezidentinin oğlu İŞİD-lə bağlı iddialara münasibət bildirib Bilal Ərdoğan: "Şirkətimizin Aralıq dənizi bölgəsində, Suriya və ya İraqda heç bir biznesimiz yoxdur"
Region
8 Dekabr , 2015 16:55
​Türkiyə prezidentinin oğlu İŞİD-lə bağlı iddialara münasibət bildirib

Bakı. 8 dekabr. REPORT.AZ/ "Bizim müəssisə inşaat şirkətidir. Ancaq bizim Aralıq dənizi bölgəsində, Suriya və ya İraqda heç bir biznesimiz yoxdur".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib.

"Qardaşınız İŞİD-lə ticarət əlaqəsində ola bilərmi" sualını isə Bilal Ərdoğan belə cavablandırıb: "Onun yük maşınları var. Ancaq bu maşınlarla neft daşımaq mümkün deyil".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Suriyadakı rejimin xarici işlər nazir Valid Müəllim Rəcəb Tayyib Ərdoğan ailəsinin terrorçu İŞİD-lə ticarət əlaqəsi saxladıqlarını iddia etmişdi. 

Son xəbərlər

Orphus sistemi