Yuxarı
    Bağlamaq

    Türkiyə prezidentinin müşaviri: "Vaşinqton Suriya məsələsində irəliləyişə görə Moskva və Ankaranı cəzalandırmaq istəyir"

    İlnur Çevik: Amerikalılar arxa plana keçirilmələri və Suriyadakı vəziyyətdən uzaqlaşdırılmalarına görə məyus olublar

    Bakı. 30 dekabr. REPORT.AZ/ "Rəsmi Vaşinqton Rusiyanın xüsusi xidmət orqanlarına və özəl fiziki şəxslərinə qarşı yeni sanksiyalar tətbiq etməklə Moskva və Ankaranı Suriya məsələsinin nizamlanmasındakı uğurlu addımlara görə cəzalandırmaq istəyir."

    "Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İlnur Çevik bildirib.

    "Amerikalılar, əlbəttə ki, arxa plana keçirilmələri və Suriyadakı vəziyyətdən uzaqlaşdırılmalarına görə məyus olublar. Buna görə də Rusiyanın ABŞ-a qarşıl kiberhücum eetdiyini alibi kimi ortaya atıb 35 rusiyalı diplomatın ölkəni tərk etməsini istəyiblər. Bu addım yalnız prezidentlər Vladimir Putinlə Donald Tramp arasında yaxşı əlaqələri pozamağa yox, həm də Suriyadakı uğurlu addımlara görə Rusiya və Türkiyəni cəzalandırmaq məqsədilə atılıb" - İ.Çevik vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi