Türkiyə prezidentinin İrana səfərində müzakirə ediləcəyi gözlənilən mövzular açıqlanıb

Türkiyə prezidentinin İrana səfərində müzakirə ediləcəyi gözlənilən mövzular açıqlanıb Ərdoğan İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi, ölkə prezidenti Həsən Ruhani ilə görüşlər keçirəcək
Region
6 Aprel , 2015 12:17
Türkiyə prezidentinin İrana səfərində müzakirə ediləcəyi gözlənilən mövzular açıqlanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Aprelin 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran Ali İşbirliyi Şurasının ikinci toplantısında iştirak etmək üçün Tehrana səfər edəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi, ölkə prezidenti Həsən Ruhani ilə görüşlər keçirəcək.

Səfər çərçivəsində dünyadakı, o cümlədən bölgədəki, eləcə də Yəmən, İraq və Suriyadakı vəziyyətin, ikitərəfli münasibətlərə dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Bundan başqa, atom-nüvə proqramı üzrə "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çin) dövlətləri ilə İran arasında əldə edilən razılaşmanın dəyərləndiriləcəyi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi