Yuxarı

​Türkiyə prezidentinin İrana səfərinin detalları müzakirə ediləcək

Ölkənin dövlət naziri Cövdət Yılmazın başçılığı ilə nümayəndə heyəti Tehrana gedir

Bakı. 13 mart. REPORT.AZ/ Türkiyənin dövlət naziri, Türkiyə-İran birgə iqtisadiyyat komissiyasının həmsədri Cövdət Yılmazın başçılığı ilə nümayəndə heyəti İrana səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumatda bildirilib ki, səfər martın 14-15-də həyata keçiriləcək.

Səfər zamanı keçiriləcək rəsmi görüşlərdə ilk növbədə ikitərəfli ticarət əlaqələri, avtomobil nəqliyyatı, gömrük, maliyyə, bank və başqa bu kimi sahələrə dair məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, bu ilin aprelində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək. C.Yılmazın iranlı məsullarla bu səfərin detallarını da müzakirə edəcəyi planlaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi