​Türkiyə prezidentinin baş müşaviri: "Konstitusiya layihəsinə federalizm deyil, unitar dövlət modelini təklif etmişik"

​Türkiyə prezidentinin baş müşaviri: "Konstitusiya layihəsinə federalizm deyil, unitar dövlət modelini təklif etmişik" "Türkiyə modeli prezidentlik üsul-idarəsinin quracağıq"
Region
22 Yanvar , 2016 17:58
​Türkiyə prezidentinin baş müşaviri: Konstitusiya layihəsinə federalizm deyil, unitar dövlət modelini təklif etmişik

Bakı. 22 yanvar. REPORT.AZ/ "Biz yeni Konstitusiya layihəsində federalizm deyil, unitar dövlət modelini təklif etmişik".

"Report " Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Şərəf Malkoç bildirib.

O, yeni konstitusiya layihəsi ilə bağlı keçiriləcək görüşlərdən və prezidentlik üsul-idarəsindən danışıb: "Prezidentliyin ABŞ, yoxsa Meksika modeli olması ilə bağlı mübahisələr var. Bu ölkələr 200 ildir dövlət olub. Ancaq tarixdə bizim 16 dövlətimiz olub. Bunların arasında elə Osmanlının çökməsi 200 il sürüb. Biz Osmanlı, Səlcuqlu imperatorlarının təcrübələrindən, dünyadakı inkişafdan faydalanıb, Türkiyə modeli prezidentlik üsul-idarəsinin quracağıq".

Son xəbərlər

Orphus sistemi