Yuxarı
    Bağlamaq

    Türkiyə prezidentinin ABŞ-a rəsmi səfərinin proqramı açıqlanıb

    Rəcəb Tayyib Ərdoğan Ağ evin qarşısında mitinq keçirəcək

    Bakı. 15 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfərinin proqramı açıqlanıb.

    “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə prezidenti mayın 15-də səhər saatlarında “CAN” özəl təyyarəsi ilə Çinin paytaxtı Pekindən ABŞ-a uçub.

    Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşdən bir gün əvvəl Ağ evin qarşısında mitinq keçirəcək. ABŞ lideri ilə görüşün mövzularının ilk mesajlarını bu tədbirdə bəyan edəcək.

    Türkiyə prezidenti mayın 16-da Vaşinqtonda iş adamları və “Türk-Amerika” icmasının nümayəndələri ilə görüşəcək.

    Rəcəb Tayyib Ərdoğanı bu səfərdə xanımı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak və milli müdafiə naziri Fikri İşık müşayiət edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi