Türkiyə prezidenti Vaşinqtona yola düşüb

Türkiyə prezidenti Vaşinqtona yola düşüb Ərdoğan 31 mart - 1 apreldə Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammitində iştirak edəcək
Region
29 Mart , 2016 13:40
Türkiyə prezidenti Vaşinqtona yola düşüb

Bakı. 29 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona yola düşüb. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısının göyərtəsində olduğu TUR təyyarəsi yerli vaxtla saat 12:20-də Atatürk Beynəlxalq Hava Limanından havaya qalxıb.

R.T.Ərdoğanla birgə ABŞ-a onun xanımı Əminə Ərdoğan, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ailə və sosial siyasət naziri Səma Ramazanoğlu, gənclər və idman naziri Akif Çağatay Kılıç və iqtisadiyyat naziri Mustafa Elitaş yollanıb.

Qeyd edək ki, R.T.Ərdoğan 31 mart - 1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammitində iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi