Yuxarı

Türkiyə prezidenti Ukraynaya rəsmi səfərdədir

Ərdoğan Ukraynada yaşayan məshəti türklərin icma nümayəndələri ilə görüş keçirməyi planlaşdırır

Bakı. 20 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirir. "Report" Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdən sonra dövlət başçıları Ukrayna və Türkiyənin ali səviyyədə Strateji Şurasının IV iclasını keçirəcəklər. İclasın yekunlarına görə bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub. 

Kiyevə səfəri zamanı Türkiyə prezidenti, həmçinin Ali Radanın sədri Vladimir Qroysman və Ukraynanın baş naziri Arseni Yatsenyuk ilə görüşəcək. Səfərin planına prezidentin Krım tatar xalqı ilə bağlı işlər üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cemilov və Ukraynada yaşayan məshəti türklərin icma nümayəndələri ilə görüşlər daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi