Türkiyə prezidenti Ukraynaya rəsmi səfər edəcək

Türkiyə prezidenti Ukraynaya rəsmi səfər edəcək ​Ziyarətin sonunda müxtəlif müqavilə və protokollar imzalanacaq
Region
5 Oktyabr , 2017 16:44
Türkiyə prezidenti Ukraynaya rəsmi səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Umit Bektas

Bakı. 5 oktyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 9-da Ukraynaya rəsmi səfər edəcək.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat mərkəzi açıqlama yayıb.

R.T.Ərdoğan Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə ikitərəfli əlaqələr və regionla bağlı məsələləri də müzakirə edəcəklər.

R.T.Ərdoğan Kiyevdə Ukrayna parlamentinin sədri Andrey Prubiy və baş nazir Vladimir Qrosmanla ayrı-ayrılıqda görüşəcək.

Türkiyə lideri Ukrayna rəsmiləri ilə görüşdə Krım məsələsi və Krım türklərinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparacaq. Onun Ukraynadakı Türkiyə vətəndaşları ilə bir araya gələcəyi də bildirilir.

Ziyarətin sonunda Ukrayna ilə strateji əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını dəyərləndirərək müxtəlif müqavilə və protokollar imzalanacaq.

Son xəbərlər

Orphus sistemi