​Türkiyə prezidenti Ukraynaya səfər edəcək

​Türkiyə prezidenti Ukraynaya səfər edəcək Rəcəb Tayyib Ərdoğanın Krım tatarlarının Kiyevdəki təmsilçilərini də qəbul edəcəyi gözlənilir
Region
16 Mart , 2015 20:43
​Türkiyə prezidenti Ukraynaya səfər edəcək

Bakı. 16 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 20-də Ukraynaya rəsmi səfər edəcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidentinin mətbuat xidməti bu haqda rəsmi açıqlama yayıb.

Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Arseni Yatsenyukla da görüşəcək.

Məlumata görə, Türkiyə-Ukrayna Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının 4-cü toplantısına hər iki tərəfdən nazirlər də qatılacaq. Toplantıda iki ölkədə ticarət həcminin qarşılıqlı artırılması, əlaqələrin genişlənməsi kimi məsələlər də müzakirə ediləcək.

Xəbərdə bildirilib ki, R.T.Ərdoğanın Krım tatarlarının Kiyevdəki təmsilçilərini də qəbul edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi