​Türkiyə prezidenti: "Terroru törədənlərin arasında Dağıstan, Qırğızıstan və Tacikistandan olanlar da var"

​Türkiyə prezidenti: "Terroru törədənlərin arasında Dağıstan, Qırğızıstan və Tacikistandan olanlar da var" Rəcəb Tayyib Ərdoğan: ""G-20"nin Zirvə toplantısından əvvəl görüşəcəyimiz istisna deyil"
Region
5 İyul , 2016 10:21
​Türkiyə prezidenti: Terroru törədənlərin arasında Dağıstan, Qırğızıstan və Tacikistandan olanlar da var

Bakı. 5 iyul. REPORT.AZ/ "Qaçqınlar arasında yüksək ixtisaslı insanlar, mütəxəssislər var və ölkəmizdə onlara qiymət vermək imkanımız var. Ortaq dəyərlərimiz olan insanlardan həm biz istifadə edərik, həm də onlar qeyri-insani vəziyyətdən qurtularlar".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bayram namazından sonra jurnalistlərə Suriya və İraqdan olan qaçqınlara Türkiyə vətəndaşlğı verilməsi iə bağlı sualı cavablandırarkən deyib.

Rəcəb Tayyib Ərdoğna deyib ki, ixtisaslı suriaylı qaçqınların əməyindən və qabiliyyətindən Türkiyənin sənaye bölgələrində istifadə edəcəklər.

Onun sözlərinə görə, İstanbuldakı Atatürk hava limanında törədilən terror atkı ilə bağlı 30 nəfər şübhəli tutulub: "Onların arasında Dağıstan, Qırğızıstan, Tacikistandan olanlar da var. Təəssüflər olsun ki, şimali Qafqaz respublikalarından olanlar da onların arasındadır. Hadisə təbii ki tamamilə İŞİD üsulu ilə törədilib".

Türkiyə prezidenti Rusiya və İsraillə münasibətlərin qurulması məsələsi Misirlə əlaqələrin bərpasından fərqləndiyini bildirib: "Bizim Misir xalqı ilə problemimiz yoxdur. Əsas problem bu ölkənin hakimiyyətindədir. Məhəmməd Mursi (Misirin devrilmiş prezidenti - "REPORT") və onun tərəfdarlarına qarşı irli sürülən ittihamlar əsassızdır. Biz həmin ittihamla əsasən çıxarılan hökmləri qəbul etmirik. Belə bir zülmə "bəli" deməyimiz mümkün deyil".

R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü haqda da danışıb: "Xarici işlər nazirmiz Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Soçidə keçirdiyi görüşün nəticələrinə görə iyulun sonu və ya avqustun əvvəlində, yəni "G-20"nin Zirvə toplantısından əvvəl görüşəcəyimiz istisna deyil. Bu haqda qərar hələ qəti olaraq qəbul edilməyib".

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə və Rusiya prezidentlərinin Çində sentyabrın 4-də "Böyük-20"-nin ("G-20") sammitində, bundan sonra isə avqustun 4-də Soçidə görüşəcəyi haqda məlumat yayılmışdı.  

Son xəbərlər

Orphus sistemi