Türkiyə prezidenti: "Terrorçular öz istəklərinə çatmayacaqlar"

Türkiyə prezidenti: "Terrorçular öz istəklərinə çatmayacaqlar" Ərdoğan: "Bu torpaq üçün millət qan töküb, onların qanını yerdə qoymayacağıq"
Region
12 Noyabr , 2016 19:58
Türkiyə prezidenti: Terrorçular öz istəklərinə çatmayacaqlar

Bakı. 12 noyabr. REPORT.AZ/ "Bu torpaq üçün millət qan töküb. Onların qanını yerdə qoymayacağıq".

"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terrorçuları tərəfindən qətlə yetirilən Mardin vilayətinin Derik şəhərinin icra başçısı Məhəmməd Fatih Səfitürkün dəfn mərasimi zamanı çıxış edərkən deyib.

Türkiyə prezidenti vurğulayıb ki, bu hərəkətlərə yol verən terrorçular öz istəklərinə çatmayacaqlar.

Son xəbərlər

Orphus sistemi