Yuxarı

Türkiyə Prezidenti: “Terrorçular Menbicdən çıxmasa, Silahlı Qüvvələrimiz ora girəcək“

Türkiyə Prezidenti: “Terrorçular Menbicdən çıxmasa, Silahlı Qüvvələrimiz ora girəcək“
© REUTERS — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Bakı. 14 dekabr. REPORT.AZ/ “Terrorçu PKK/YPG-PYD qruplaşması Suriyanın Menbic bölgəsinin tərk etməsə, Türkiyə Silahlı Qüvvələri ora girəcək”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşəkilatının ali məhkəmə hakimlərinin konfransında bildirib.

“Ötən gün axşam İraqda əməliyyat keçirdik. Sincar və Mahmurun ətəkləri Qaracarda atılan addımlara qarşı əməliyyat arapdıq. Dayandıqmı?! Yox, bunun ardı olacaq. Çünki orada ölkəmiz təhdid edilir. Bu təhdidin cavabı dərhal veriləcək. Bu terror qruplaşmalarını ya məhv edəcəklər, ya da onlar bunu etmirlərsə, biz həmin terrorçuları yox edəcəyik.

Sərhədlərimizə toplanan terrorçular gec-tez bizi hədəfə alacaq. Bu artıq təsdiqlənib. Suriyanın şimalında ABŞ-ın məlum olan 22 hərbi bazası var. Ora silah, hərbi maşın və texnika göndərilir. PKK/YPG-PYD onların yanına gedir.

Menbic nağılı ilə bizim diqqətimizi yayındırmaq istəyirlər. Menbicin əhalisinin 85-90 faizi ərəblərdən ibarətdir. Ancaq ora tamamilə terrorçulara verilib. Oranı boşaldacağıq dedilər. Ancaq göndərmədilər. Açıq-aşkar danışıram. Türkiyə Fəratın şərqində terror bataqlığına müdaxilə məsələsində yetərincə vaxt itirib. Bundan sonra bir gün gecikməyə belə dözümümüz qalmayıb.

Biz Suriyada atdığımız addımlarla sadəcə öz ölkəmizin təhlükəsizliyini təmin etmirik. Heç bir məzhəb fanatikliyi bu həqiqəti ört-basdr edə bilməz”, - Türkiyə lideri vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi