Türkiyə prezidenti: “Avropa İttifaqına tam hüquqlu üzv olmağa hazırıq”

Türkiyə prezidenti: “Avropa İttifaqına tam hüquqlu üzv olmağa hazırıq” Ərdoğan: “Bizi Avropadan xaric etməyə nə Avropa İttifaqının, nə də irqçilik pəncəsinə düşənlərin gücü çatar”
Region
1 Dekabr , 2016 15:55
Türkiyə prezidenti: “Avropa İttifaqına tam hüquqlu üzv olmağa hazırıq”

Bakı. 1 dekabr. REPORT.AZ/ ”Biz Avropada ev sahibiyik və bizi Avropadan xaric etməyə nə Avropa İttifaqının, nə də irqçilik pəncəsinə düşənlərin gücü çatar”.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O vurğulayıb ki, bütövlükdə Avropada 5 milyon həmvətənimiz yaşayır: "Yüz minlərlə həmvətənimiz gələcəyini Almaniya, Fransa, Belçika və Avropanın şimalı hissəsində qurub." 

R.T.Ərdoğan deyib ki, əgər Türkiyəyə qarşı ağılsız hücumlar bir kənara qoyulsa, rəsmi Ankara Avropa İttifaqına tam hüquqlu üzv olmağa hazırdır: "Vizanı sərbəstləşdirsələr, qaçqınlara yardım etsələr və münasibətlərin qurulmasında yeni səhfələr açsalar, onda biz də onlara xoş niyyət göstərəcəyik. “O qədər çörəyə, bu qədər köftə” düşər? Bizə nə versəniz o qədər də alacaqsınız. Avropa öz üzərinə düşənləri edərsə, biz də verdiyimiz sözə əməl edəcəyik. Əks təqdirdə özləri bilsinlər".

Prezident bildirib ki, terrorçu PKK-nın da sonu çatır: "Təhlükəsizlik qüvvələrimiz hər yerdə indiyədək keçirilməyən əməliyyatlar həyata keçirirlər. Şəhidlərimiz olur. Ancaq terrorçular etdiklərinin əvəzini çox ağır ödəyirlər. Hədəfimiz onların kökünü kəsməkdir”.  

Son xəbərlər

Orphus sistemi