Türkiyə prezidenti: “Terrorçu İŞİD qruplaşmasının 3 mindən artıq silahlısını zərərsizləşdirmişik”

Türkiyə prezidenti: “Terrorçu İŞİD qruplaşmasının 3 mindən artıq silahlısını zərərsizləşdirmişik” Rəcəb Tayyib Ərdoğan: “53 min nəfərin ölkəmizə girişini qadağan etmişik”
Region
6 İyul , 2017 15:39
Türkiyə prezidenti: “Terrorçu İŞİD qruplaşmasının 3 mindən artıq silahlısını zərərsizləşdirmişik”

Bakı. 6 iyul. REPORT.AZ/ “Fırat kalkanı” (“Fərat qalxanı”) hərəkatı çərçivəsində aralarında rəhbər şəxslər olmaqla terrorçu İŞİD qruplaşmasının 3 mindən artıq silahlısı zərərsizləşdirilib.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da İndoneziya Prezidenti Joko Vidodo ilə görüşdən sonra terrorçuluğa qarşı mübarizədən danışarkən bildirib.

“Terrorçular arasında ayrı-seçkilik etmədən bölgəmizdə terroru məhv etmək istəyirik. Bu istiqamətdə çoxtərəfli mübarizə aparırıq. Bu günə qədər aralarında cənubi asiyalıların da olduğu 5 min nəfər deportasiya etmişik. 53 min nəfərin ölkəmizə girişinə qadağa qoymuşuq. Yüz min suriyalı qardaşımızın öz evlərinə dönməsinə yardım etdik. Bundan sonra da terrorçulara qarşı mübarizəmizi israrla davam etdirəcəyik”, - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi