​Türkiyə Prezidenti seçkidən sonra ilk dəfə açıqlama ilə çıxış edib

​Türkiyə Prezidenti seçkidən sonra ilk dəfə açıqlama ilə çıxış edib Rəcəb Tayyib Ərdoğanın baş nazir Əhməd Davudoğlunu qəbul edəcəyi gözlənilir
Region
8 İyun , 2015 15:51
​Türkiyə Prezidenti seçkidən sonra ilk dəfə açıqlama ilə çıxış edib

Bakı. 8 iyun. REPORT.AZ/ "Seçkilərdə iştirak edənlərin sayının çoxluğu əziz millətimizın iradəsini seçki qutularına daşıması və demokratiya məsələsində qərarlılığının ifadəsidir. Nəticələrin bir partiyaya təkbaşına iqtidar olmasına imkan verməməsi mövcud mənzərənin, yarışa qatılmış bütün partiyalar tərəfindən sağlam, gerçək şəkildə dəyərləndiriləcəyinə inanıram".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlament seçkilərinin nəticələrini dəyərləndirərkən bildirib.

"Seçkidən sonra başlayacaq bu yeni prosesdə ölkəmizdəki sabitlik və etimadın, demokratik qazanclarımızın qorunması üçün bütün siyasi partiyaların lazımi həssaslıq göstərmələri, məsuliyyətli bir davranış nümayiş etdirmələri böyük əhəmiyyət kəsb edir", - o vuruğlayıb.

Qeyd edək ki, bu gün Rəcəb Tayyib Ərdoğanın baş nazir Əhməd Davudoğlunu qəbul edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi