Yuxarı

Türkiyə Prezidenti seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb

Türkiyə Prezidenti seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb
© REUTERS/ Umit Bektas — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

“Seçki ilə bağlı mübahisələri kənara qoyaraq diqqətimizi iqtisadi və təhlükəsizlik məsələləri başda olmaqla əsas gündəlik məsələlərə yönəltməliyik”.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” səhifəsində yazıb.

O, Türkiyədəki sabitlikdən danışaraq keçiriləcək islahatlarla bağlı ismarıc verib: “Terrora qarşı mübarizəni qəti şəkildə aparmaqla yanaşı, inşallah, ölkəmizin ehtiyacı olan infrastruktur islahatlarını həyata keçirməyə davam edəcəyik”.

Xatırladaq ki, müxtəlif bölgələrdə keçirilən seçkilərin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayətlər daxil olmuşdu.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi