Yuxarı

​Türkiyə prezidenti rusiyalı həmkarına zəng edib

Putin və Ərdoğan Türkiyə axınını müzakirə ediblər

Bakı. 18 mart. REPORT.AZ/ Kremlin mətbuat xidmətinin məlumatına görə, Türkiyə tərəfinin təşəbbüsü ilə iki ölkə rəhbəri arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan söhbət zamanı "Türkiyə axını" barədə danışaraq qaz kəmərinin tikintisi layihəsini müzakirə ediblər.

Bundan əlavə, liderlər enerji layihələrinə daha çox diqqət ayıraraq ikitərəfli əməkdaşlığın müxtəlif məqamlarına toxunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi