​Türkiyə prezidenti Rusiyaya səfər edəcək

​Türkiyə prezidenti Rusiyaya səfər edəcək Səfir Ümit Yardım: "Bu il Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin də Türkiyəyə səfəri gözlənilir"
Region
10 Aprel , 2015 18:26
​Türkiyə prezidenti Rusiyaya səfər edəcək

Bakı. 10 aprel. REPORT.AZ/ Bu ilin sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovla görüşdə bildirib.

"Cari ilin sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri planlaşdırılıb",- səfir deyib.

O qeyd edib ki, 2015-ci il iyunun 7-də parlament seçkiləri keçiriləcək: "Seçkinin ardınca hökumət formalaşdırılacaq. Səfərin də bundan sonra gerçəkləşdiriləcəyi gözlənilir".

Səfirin sözlərinə görə, bu il Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin də Türkiyəyə səfəri nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi