​Türkiyə prezidenti: "Noyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirəcəyik"

​Türkiyə prezidenti: "Noyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirəcəyik" Rəcəb Tayyib Ərdoğan hökumətin qurulması üçün nəzərdə tutulan 45 günün bitməsini gözləyir
Region
21 Avqust , 2015 16:45
​Türkiyə prezidenti: Noyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirəcəyik

Bakı. 21 avqust. REPORT.AZ/ "Hökumətin qurulması üçün nəzərdə tutulan 45 gün tamam olandan sonra Böyük Millət Məclisinin sədri ilə görüşəcəm. Bundan sonra ölkəmizdə növbədənkənar seçki keçirəcəyik. Hazırda seçkinin keçirilməsi ilə bağlı açıqlanan tarix noyabrın 1-dir. İnşallah, noyabrın 1-də təkrar seçki keçirəcəyik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Seçki hökuməti ilə bağlı sualı cavablandıran R.T.Ərdoğan deyib: "Hökuməti qurmaq üçün mandat verdiyim şəxs lazım gələrsə, parlamentdən, ya da ondan kənardan birisi kabineti quracaq".

O, terrorçuluğa qarşı mübarizəni axıradək aparacaqlarını da vurğulayıb. 

Qeyd edək ki, iyunun 7-də Türkiyədə parlamentə 25-ci çağırış seçkiləri keçirilib. Hazırda Türkiyə Böyük Millət Məclisində AKP 258, CHP 132, MHP 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur. Məclis 550 deputatdan formalaşır. İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 63-cü hökumətin qurulması vəzifəsini AKP sədri və baş nazir vəzifəsini icra edən Əhməd Davudoğluna tapşırmışdı. Ancaq onun CHP və MHP liderləri ilə görüşləri nəticəsiz başa çatıb. Türkiyə Konstitusiyasına əsasən, 45 gün ərzində hökumətin qurulmasına nail olunmazsa, o zaman növbədənkənar seçkilər keçirilir. Bu baxımdan avqustun 23-də həmin müddət başa çatır.

Son xəbərlər

Orphus sistemi