Türkiyə Prezidenti: "​Ölkənin birliyinə qarşı çıxanlar öz cəzasını alacaqlar" - YENİLƏNİB

Türkiyə Prezidenti: "​Ölkənin birliyinə qarşı çıxanlar öz cəzasını alacaqlar" - YENİLƏNİB Artıq məlum hadisələrlə bağlı saxlanılanlar var
Region
16 İyul , 2016 05:40
Türkiyə Prezidenti: ​Ölkənin birliyinə qarşı çıxanlar öz cəzasını alacaqlar - YENİLƏNİB

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ordu rəhbərliyinə və əsgərlərə müraciət edib. “Report” xəbər verir ki, prezident Ərdoğan İstanbula gələrək hava limanında bəyanat verərək ordunun yüksək səviyyəli bütün komandir heyətinə səslənərək onların millətin dəyərlərinə sahib olduqlarını, vətənə xəyanətə görə, ağır cəza tapacaqlarını bildirib: “Əsgərlər bizim övladımızdır. Xalqa, ana, atalarına qarşı silah qaldıranlar ən ağır cəzalarını alacaqlar”.

Ərdoğan iyulun 15-dən 16-na keçən gecə Türkiyədə baş verənləri terror aktı kimi qiymətləndirib: “Bu bir terror aktıdır. Bu millətin silahları ilə bu milləti vurmaq qəbuledilməzdir. Türkiyədə millətin səsi ilə seçilmiş iqtidar, dövlət başçısı var və biz son ana qədər bu işimizi davam etdirəcəyik”.

*** 05:07

Bakı. 16 iyul. REPORT.AZ/ Ölkənin birliyinə qarşı çıxanlar öz cəzasını alacaqlar. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul hava limanında verdiyi müsahibədə bildirib.

Bütün şəhərlərimizdə narahatlıqlar yaşanır. Milli iradəyə yönələn bu hərəkətləri edənlər Türkiyə konstitusiyasının təsbit etdiyi müddəalar ilə öz cavablarını alacaqlar. Bu ölkədə milli iradədən üstün heç bir güc yoxdur.

Türkiyə Prezidenti qurucusu olduğu partiyanın bütün üzvlərini və bütün əhalini şəhərlərin meydanlarına dəvət edib: “Əl ələ olaraq bu addımı atanların dərsini verəcəyik”.

Prezident Ərdoğan qeyd edib ki, artıq məlum hadisələrlə bağlı saxlanılanlar var.

“Biz tankların önündə durmağın nə olduğunu bilirik. İndi də millətimiz dəyanətlə duracaq. Silahlı Qüvvələrin içindəki azlıq, bu iğtişaşı planlayanlar öz hərəkətinin bədəlini ağır ödəyəcək. Türkiyənin gücləndiyi bir dövrdə belə addım qəbuledilməzdir”.

Son xəbərlər

Orphus sistemi