Yuxarı
    Bağlamaq

    Türkiyə prezidenti ölkədəki erməni kilsəsinin başçısına məktub ünvanlayıb

    Rəcəb Tayyib Ərdoğan: “I Dünya müharibəsində çətin şərtlər daxilində həyatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm”

    Bakı. 24 aprel. REPORT.AZ/ “XX əsrin əvvəlində Osmanlı ərazisində həyatını itirən erməniləri bir daha yad edirəm. I Dünya müharibəsində çətin şərtlər daxilində həyatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm”.

    “Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədəki erməni kilsəsinin başçısı Aram Ateşiyana ünvanladığı məktubda vurğulanıb.

    “Ölkəmizdəki erməni icmasının əmin-amanlığı, təhlükəsizliyi və firavan yaşaması bizim üçün çox əhəmiyyətlidir. Erməni vətəndaşımızın özünü ikinci sort hiss etməsi tərəfimizdən qəbuledilməzdir”, - Türkiyə prezidenti bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi